ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Çavuşoğlu Makrona səsləndi: “Arxada danışma, sözün varsa, üzümüzə de”

Çavuşoğlu Makrona səsləndi: “Arxada danışma, sözün varsa, üzümüzə de”

"Deyəcək sözün varsa, üzümüzə de!”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun Əlcəzair bəyanatı ilə bağlı danışarkən deyib.

"Hazırda Fransa seçki mühitinə qədəm qoyub. Seçkilərə görə Makronun bu yollara əl atdığını görürük. Gördük ki, bu cür ucuz yanaşmaların seçkilərdə heç bir faydası yoxdur. Düşünürəm ki, Makron bu cür populist yanaşmalar yerinə, xalqının etibarını qazanmaq üçün addımlar atmalıdır.

Bizimlə bağlı söyləyəcək bir sözü varsa, onu arxamızdan deyil, birbaşa üzümüzə deməyini üstün tuturuq. Eynən Prezidentimizin etdiyi kimi", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın Əlcəzairlə də münasibətləri pisləşmişdi. Makron Əlcəzairdə koloniya dövrü ilə bağlı tarixin yanlış yazıldığını və Türkiyənin bu işdə aktiv rol oynadığını bildirmişdi. Bundan sonra Əlcəzair səfirini ölkəyə geri çağırmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR