ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Bərpa” Tibb Mərkəzində yanğın: Xəstələr təxliyə edildi

“Bərpa” Tibb Mərkəzində yanğın: Xəstələr təxliyə edildi


Bakı şəhərinin Xətai rayonunda yerləşən “Bərpa” Tibb Mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb edilib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 kvadratmetr olan binanın yanar konstruksiyaları 14 kvadratmetr sahədə yanıb. Yanğın zamanı iki nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR