ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda reket "jurnalistlər" saxlanıldılar

Baxış Sayı:70

Azərbaycanda reket "jurnalistlər" saxlanıldılar

Bərdə rayonunda "jurnalist" adı ilə reketlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirib.

Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR