ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azad edilən ərazilərdə altı yeni hərbi hissə istifadəyə veriləcək - RƏSMİ

Azad edilən ərazilərdə altı yeni hərbi hissə istifadəyə veriləcək - RƏSMİ

44 günlük Vətən müharibəsi nəticəsində düşməndən azad edilən torpaqlarda Dövlət Sərhəd Xidmətinin altı yeni hərbi hissəsi istifadəyə veriləcək.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının (DSX) 10-cu buraxılışı münasibətilə keçirilən təntənəli mərasim deyib.

Onun sözlərinə görə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib:

“Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaq. Bu da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür”, - deyə o bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR