ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Polkovnik: “Yaralının son vəziyyəti məlum olana qədər ordudan tərxis oluna bilməz”

Polkovnik: “Yaralının son vəziyyəti məlum olana qədər ordudan tərxis oluna bilməz”


“Yaralıların hamısı ordudan tərxis olunmayıb. Yaralıların ordudan tərxis olunması üçün qaydalar var. Belə ki, yaralının son vəziyyəti məlum olana qədər ordudan tərxis oluna bilməz”.

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

Onun sözlərinə görə, yaralının müalicəsi tam başa çatdıqdan sonra ordudan tərxis olunmalıdır:

“O yaralıların ki, müalicəsi sona çatıb onlar ordudan tərxis olunublar. 200-ə yaxın qazimiz artıq pensiya alır. Kimlər ki, ordudan tərxis olunur, onların hərbi xidmətlə səbəb əlaqəsini təyin edirik. Bundan sonra onların sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Daha sonra Nazirlikdə onların pensiya məsələsinə baxılır.

Orduda xidmətini davam etdirən, yəni ordudan tərxis olunmayanların bəzilərinə evdə məzuniyyət verilib. Evdə məzuniyyət o adamlara verilir ki, qolu qırılıb, ayağında sınıqlar var və s. Onlara müəyyən müalicə proseduru tətbiq edildikdən sonra könüllü olaraq evdə 30-45 gün hətta 2 ay müddətində məzuniyyətə buraxılır. Məzuniyyətdə olduqları müddətdə onların tibbi təminatı Müdafiə Nazirliyinin üzərindədir. Əgər bir əsgərə məzuniyyət verilirsə onun dərman təminatı bizim üzərimizdədir. Əgər yaralı ordu sıralarından tərxis olunursa, qaydalara görə onun dərman təminatı bizim təminatımızdan çıxır”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Hərbi Xidmət keçmə haqqında qanununda kimlərin müdafiə nazirliyində müalicə keçməsi hüququ qeyd olunub:

“Orada yazılıb ki, yaşına, xəstəliyinə ştatların ixtisarına və ailə vəziyyətinə görə tərxis olunmuş 20 il və daha artıq xidmət etmiş yüksək rütbəli zabitlər, habelə eyni qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış digər zabit və gizirlər müalicə ala bilər. Bu gün ehtiyyatda olan və 20 il xidməti olan zabitlər, gizilər və onların ailələri bizim təminatımızdadır. Digərləri, hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri müalicə xərclərini ödəməklə bizim təminatımızdadır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR