ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”

Baxış Sayı:15

Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”



Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan deyib.

O bildirib ki, Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir.

Xaçatryan əlavə edib ki, Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.

O, Ermənistan tərəfinin müzakirələrdə iştirak etmədiyini vurğulayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR