ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Neft 50 dollara yaxınlaşır: Peyvənd “qara qızıl”ı ayaqda saxlaya biləcəkmi? - TƏHLİL

Baxış Sayı:20

Neft 50 dollara yaxınlaşır: Peyvənd “qara qızıl”ı ayaqda saxlaya biləcəkmi? - TƏHLİL

Məlum olduğu kimi, koronavirus pandemiyasının neft və neft məhsullarına təlabatı azaltması karbohidrogen ehtiyatlarını ucuzlaşdırdı ki, bu da dünya iqtisadiyyatına, xüsusilə neft hasilatçısı olan ölkələrin iqtisadiyatına ciddi təsir etdi.

Karantin tədbirlərinin yumşaldılması, ölkələrarası ticari münasibətlərin, hava yolları əlaqələrinin nisbətən bərpası müxtəlif aylarda neft qiymətlərinin bahalaşmasına gətirib çıxarsa da, bəzi dövrlərdə bu qiymət müvəqqəti xarakter daşıdı. Son günlər dünya birjalarında neftin bir barel qiymətləri 50 dollara yaxınlaşmaqdadır. Bu da neft hasilatçısı olan ölkələrdə bu qiymətin qalıcı olacağına ümidlər yaradıb.

Qeyd edək ki, Londonun “İCE Futures” birjasında keçirilən hərraclarda “Brent” markalı neftin qiyməti 48 dolları da keçib. Brent nefti 1,3% faiz bahalaşma ilə 48,51 ABŞ dollarından ticarət olunub.

Brent nefti son 24 saatda təxminən 5,5%, noyabr ayının əvvəlindən indiyədək isə 27% bahalaşıb.

Neft qiymətlərinin bahalaşmasına koronavirus peyvəndinə dair müsbət xəbərlərin səbəb olduğu bildirilir.

Bu dəfəki qiymətlərin qalıcı olacağını gözləmək olarmı?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya açıqlamasında bildirib ki, peyvəndlə bağlı informasiyalar neftin qiymətinə ciddi şəkildə təsir edir:

“Neftin qiymətinə təsir edən başqa bir amil dekabr ayında OPEC+ çərçivəsində növbəti konfransın keçiriləcəyi və 2021-ci il yanvar 1-dən etibarən hasilatın əvvəlki səviyyədə saxlanılması ilə bağlı qərarın qəbul ediləcəyidir. Əvvəlki qrafikə görə, gündəlik hasilat 1,9 milyon barel artırılmalı idi. Əgər hasilatın əvvəlki səviyyədə saxlanması gündəmdə olacaqsa, bu bazar iştirakçıları üçün pozitiv xəbərdir. Bu iki xəbər neft qiymətlərinin kifayyət qədər artımına gətirib çıxarıb”.

Bundan sonrakı dövrdə neft qiymətlərinin 50 dollara qəqər yüksəlməsi və bu həddi aşması maşahidə oluna bilərmi?

Ekspert deyir ki, bu, bazara daha nikbin informasiyaların axıdılması şəraitində baş verə bilər:

“Bu vaksinlərlə bağlı məchul informasiyalar deyil, insanların bu vaksinləri nə zaman əldə edəcəyi, real olaraq satışa çıxarılacağı haqda dəqiq informasiyalar ola bilər. Eləcə də İraq, Liviyanın 2021-ci ilin əvvəlindən hansı həcmdə hasilatı artıracağı ilə bağlı xəbərlər, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının dünya iqtisadiyyatının artım tempi ilə bağlı yeni korrektə edilmiş informasiyaları dərc edildiyi zaman biz neftin qiymətində dəyişikliyi müşahidə edəcəyik. Amma bunların bazara müsbət və ya mənfi təsirlərin olacağı həmin informasiyaların hansı yöndə olmasıdan asılı olacaq. Yəni neftin bir barel qiyməti 50 dolları üstələyə də, indiki mövqedən – yəni təqribən 48,5 dollardan azalan istiqamətə də yönələ bilər”.

İlham Şaban deyir ki, məsələn, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı gələn il dünya iqtisadiyyatının artım tempinin 4 faiz deyil, korrektə edilmiş formada 3,5-3,6 faiz kimi göstərərsə, o zaman neftin qiyməti də aşağı düşəcək. Qlobal iqtisadiyyatın artım tempi 4,2 faiz belə proqnozlaşdırılarsa, neftin qiyməti artacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR