ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentin köməkçisi: “Kişidirlərsə, döyüş meydanına çıxsınlar, gücləri qadın-uşaqlara çatır”

Baxış Sayı:13

Prezidentin köməkçisi: “Kişidirlərsə, döyüş meydanına çıxsınlar, gücləri qadın-uşaqlara çatır”

“Ermənistanın məqsədi insaanlar arasında qətlə səbəb olmaqdır. Xalqımız iradəlidir. Əgər onlar düşünürlərsə ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Bundan sonra Tərtər şəhərinə səfər edəcəyik. Atırlarsa, atsınlar”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad olunacaq:

“Əgər kişidirlərsə, döyüş meydanında orduya çıxsınlar. Onlar döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçırlar. Gücləri qadınlara və uşaqlara raket atmağa çatır.

Azərbaycan ordusu döyüş meydanında onların cavablarını layiqincə verir. Biz onları Ali Baş Komandan, Prezident İlham Əliyev demişkən, iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR