ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ birjalarında azalma baş verir

Baxış Sayı:12

ABŞ birjalarında azalma baş verir



Bu gün ABŞ iqtisadiyyatına dəstək proqramının razılaşdırılmasının sual altına düşməsi, Avropada yeni karantin tədbirlərinin tətbiqi fonunda ABŞ birja indekslərinin fyuçersləri azalmağa başlayıb.

"S&P 500" müqavilələri 1,1 faiz ucuzlaşıb və artıq üç gündür ucuzlaşmağa davam edir.

Həmçinin "Stoxx Europe 600" 2,2 faiz ucuzlaşıb. Asiya bazarlarının da əksər indekslərində azalma qeydə alınıb.

Bu həftə sabitlik yaşayan ABŞ fond bazarının qarşısında duran risq amilləri arasında qarşıdakı seçkilərlə bağlı müəmmalar, iqtisadiyyata dövlət dəstəyinə dair danışıqlarda hələlik işığın görünməməsi, pandemiyanın ikinci dalğası ilə bağlı gözləntilər və dərmanların kütləvi istehsalı tarixlərinin bəlli olmaması, habelə resessiyaya tab gətirmək məsələsi sadalanır.

“Natwest Markets”in təhlil üzrə direktoru Cim Makkormik sadalanan məsələlər üzündən sərmayə bazarında durğunluq yaşandığını, sərmayədarların seçkilərin nəticələrini gözlədiklərini qeyd edib. WSJ/NBS tərəfindən aparılan sorğuya əsasən, ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden hazırkı respublikaçı prezident Donald Trampı 11 bənd qabaqlasa da, sərmayə bazarı iştirakçıları hər cür sürprizlərə qarşı ehtiyatı əldən vermirlər.

Həmçinin ötən həftə işsizlik müavinətləri üçün ərizə verənlərin 830 min nəfər olduğu güman edilir. İşsizliyin artması iqtisadiyyatın dirçəlməsini əngəlləyir. “J.P.Morgan Asset Management”in eksperti Hyu Cimber bütün bunları əsas götürərək Konqres tərəfindən seçkilərədək əlavə maliyyə dəstəyi tədbirləri görəcəyinin ağlabatan olmadığını bildirib.

Dünən Ağ Ev ilə Konqres arasında əlavə dövlət dəstəyinə dair ziddiyyətlər daha da artıb. ABŞ-ın maliyyə naziri Steven Mnuçin 3 noyabr seçkilərinədək razılıq əldə ediləcəyinin inandırıcı görünmədiyini bildirib. Bu kimi şərhlərdən sonra “S&P 500” indeksi 0,7 faiz ucuzlaşıb.

Avropa ölkələrində koronavirusa yoluxanların və müvafiq olaraq da məhdudlaşdırıcı tədbirlərin artması da bazardakı ab-havaya mənfi təsir göstərir. Fransada dünən fövqəladə vəziyyət rejimi və ən böyük şəhərlərdə saat 21-dən 6-dək komendant saatı elan edilib. Ekspertlərin qənaətincə, yeni məhdudiyyətlər iqtisadiyyatı pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasını xeyli uzadacaq və çətinləşdirəcək.

Bugünkü hərraclarda “Brent” markalı neft 3,29 faiz ucuzlaşaraq 42,02 ABŞ dollarından satılıb. Qızıl da 0,4 faiz ucuzlaşıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliyi 0,721 faizdən 0,698 faizədək azalıb.

Asiya bazarlarında "Hanq Senq" indeksi 2,1 faiz, “Nikkei 225” də 0,5 faiz ucuzlaşıb. (Report)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR